Süd məhsulları istehsal edən müəssisənin fəaliyyəti dayandırıldı
21 may 2021 13:47 (UTC +04:00)

Süd məhsulları istehsal edən müəssisənin fəaliyyəti dayandırıldı

Süd məhsullarının istehsalı müəssisəsində nöqsanlar aşkar olunub.

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Lent.az-a verilən məlumata görə, qurum əməkdaşları Masallı rayonu, Çaxırlı kəndində fəaliyyət göstərən, fiziki şəxs Bağırov Rüfət Ramiz oğluna məxsus süd məhsullarının istehsalı müəssisəsində yoxlama keçirib. Yoxlama zamanı müəssisədə texniki normativ hüquqi aktların tələblərinə, sanitariya norma və qaydalarına, gigiyena tələblərinə əməl olunmadığı aşkar olunub. Eyni zamanda müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, işçi heyətin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi müəyyən edilib. Antisanitar vəziyyətdə heç bir normativ sənədin tələblərinə cavab verməyən müəssisədə istehlak üçün yararsız 400 litr süd, 30 kiloqram qaymaq, 20 kiloqram pendir məhsulu qanunvericiliyə uyğun olaraq məhv edilib.

Aşkar edilmiş nöqsanlarla bağlı müəssisədə süd məhsullarının istehsalının dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib, texniki normativ hüquqi aktların təmin edilməsi üçün icrası məcburi olan göstərişlər verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1644
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar