Sosial yardım almaq üçün ərizənin qüvvədə olma müddəti nə qədərdir? - CAVAB
13 fevral 2024 12:16 (UTC +04:00)

Sosial yardım almaq üçün ərizənin qüvvədə olma müddəti nə qədərdir? - CAVAB

Lent.az-ın “bir sual, bir cavab” rubrikasında növbəti mövzu sosial yardım almaqla bağlıdır.

Ünvanlı dövlət sosial yardımının (ÜDSY) təyin edilməsi üçün tələb olunan sənədlər, onların təqdimat forması və ərizənin qüvvədə olma müddəti nə qədərdir?

Lent.az xəbər verir ki, ailəni təmsil edən şəxs (bundan sonra təmsilçi) müraciəti elektron formada və ya kağız üzərində edə bilər.

Bunun üçün aşağıdakı sənədlər tələb olunur:

1. şəxsiyyəti təsdiq edən sənəd (müraciət kağız üzərində olduqda);

2. təmsilçilik barədə ərizə (notariat orqanı tərəfindən təsdiq edildikdən sonra müraciət üçün 90 (doxsan) gün müddətində, sosial yardım təyin olunduğu halda isə sosial yardımın alındığı dövrdə qüvvədədir);

3. ərizə-bəyannamə.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 19587
avatar

Fidan İlqar

Oxşar yazılar