Sosial mənzil almaq istəyənlərə ŞAD XƏBƏR
11 dekabr 2020 11:11 (UTC +04:00)

Sosial mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

0

Hövsan Yaşayış Kompleksində 501 mənzilin güzəştlə satışı dekabrın 18-i saat 11:00-da başlayacaq.

Bu barədə Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) Lent.az-a məlumat verilib. Bildirilib ki, proses dekabrın 28-i saat 11:00-dək davam edəcək.

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi dekabrın 22-i saat 11:00-da başlayacaq və dekabrın 28-i saat 11:00-dək davam edəcək. Mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1370

Oxşar yazılar