Sınaq imtahanının doğru cavabları  AÇIQLANDI
20 dekabr 2021 18:22 (UTC +04:00)

Sınaq imtahanının doğru cavabları AÇIQLANDI

Dekabrın 19-da keçirilən ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi üzrə sınaq imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən məlumata görə, doğru cavab etalonlarə ilə buradan tanış olmaq mümkündür.

Qeyd edək ki, hazırda imtahan materiallarının emalı aparılır. Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən sınaq imtahanının nəticələrinin yaxın 10 gün ərzində elan olunması nəzərdə tutulur.

 

# 2580
avatar

Aytəkin Cəlali

Oxşar yazılar