Seysmoloji Xidmətdən əhaliyə MÜRACİƏT
10 fevral 2023 17:33 (UTC +04:00)

Seysmoloji Xidmətdən əhaliyə MÜRACİƏT

Respublika Seysmoloji Xidmət Mərkəzi əhaliyə müraciət edib.

Mərkəzdən Lent.az-a verilən məlumata görə, müraciətdə bildirilib ki, qardaş Türkiyə Respublikasında 6 fevral 2023-cü il tarixində baş verən zəlzələdən sonra sosial şəbəkələrdə və bəzi media orqanlarında Azərbaycanda da zəlzələ olacağıına dair bəzi “ekspertlər” tərəfindən açıqlamalar yayılır:

"Təəssüf hissi ilə vurğulamaq istəyirik ki, bu cür reallıqdan uzaq, daha çox əhali arasında təşviş yaratmaq məqsədi ilə yazılan təxribat xarakterli yazılara bəzi hallarda media nümayəndələri də istinad edirlər.

Bütün bunlarla bağlı bəyan edirik ki, sosial şəbəkələrdə yayılan təxribat xarakterli məlumatların heç bir əsası yoxdur. Vətəndaşlarımızı belə şaiyələrə inanmamağa və rəsmi qurumlar tərəfindən verilən açıqlamaları diqqətlə izləməyə çağırırıq.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmik stansiyalar şəbəkəsi tərəfindən respublika ərazisindəki seysmik vəziyyət izlənilir və hazırda ölkə ərazisində seysmiklik fon səviyyəsindədir.

Yayılan təxribat xarakerli şaiyələrə inanmayın!".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 92421
avatar

Oxşar yazılar