Gənclər və İdman Nazirliyi nazir Azad Rəhimovun Bakıya gətirilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Lent.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova facebookda yaydığı açıqlamasında bu məlumatların doğru olmadığını qeyd edib: "Hörmətli media nümayəndələri, bəzi saytlarda nazir Azad Rəhimovun Bakıya gətirilərək özəl xəstəxanalardan birində süni tənəffüs aparatına qoşulması ilə bağlı yazılan xəbər yanlışdır. Azad müəllim ABŞ-dadır, vəziyyəti ağır olaraq qalır".