Şəkər xəstələrinə peyvəndləmə ilə bağlı  MÜRACİƏT
08 fevral 2022 17:59 (UTC +04:00)

Şəkər xəstələrinə peyvəndləmə ilə bağlı MÜRACİƏT

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Səbinə Məşədiyeva şəkərli diabet xəstəlirilə bağlı müsahibə verib. 

Lent.az həmin müsahibəni təqdim edir:

- Şəkərli diabet insanın hansı orqanlarına mənfi təsir göstərir?

- Dünya ölkələrinin çoxunda şəkərli diabet bilavasitə ölüm səbəbləri arasında ürək-damar və onkoloji xəstəliklərdən sonra üçüncü yeri tutur. Bu xəstəlik vaxtında müalicə olunmayanda, vaxtında profilaktiki tədbirlər görülməyəndə, çox ciddi fəsadlar törədir. Sirr deyil ki, şəkərli diabet insan orqanizminin bütün toxuma, orqanlar və sistemlərinə mənfi təsir göstərir. Bu fakt həm kompensasiyalı və həm də dekompensasiyalı xəstələrə aiddir.

- Mütəxəssislər bildirilər ki, koronavirus şəkərli diabet xəstələri üçün daha təhlükəlidir. Şəkərli diabet xəstələrini ağırlaşma hallarından necə qorunmaq olar?

- Bildiyiniz kimi, artıq iki ildir ki, bütün ölkələr koronavirus pandemiyası ilə mübarizə aparır. İlk il bu problemin həllini peyvənd olmadığına görə həll etmək daha çətin idi. Eyni zamanda, ağırlaşmış formaların və ölüm hallarının azalmasını da əldə etmək çox çətin idi. Bir ildən çoxdur ki, artıq vaksinasıya başlayıb. Aparılan tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Ölkəmizdə proses aktiv getdiyinə görə artıq vaksinasiyadan keçənlərin arasında yoluxma sayı, xəstəliyin ağır gedişatlı formaları və ölüm sayı azalıb.

- COVID-19 diabetə necə təsir edir?

- Statistik olaraq, hər 3-4 aydan bir COVİD-19-un yeni ştamları aşkarlanır. Təbii ki, bütün sağlam insarlar kimi, şəkərli diabet xəstələri də yeni ştamlara yoluxur. Ancaq şəkərli diabet xəstələrinin immun sistemi zəif olduğuna görə, onlar bu infeksiya ilə aktiv mübarizə apara bilmir. Ağır gedişli formalara və ölüm hallarına həkimlər məhz yanaşı, xroniki xəstəlikləri olan xəstələrdə rast gəlirlər.

- Şəkər xəstələri COVID-19 peyvəndi vurdura bilərmi?

- Şəkərli diabet xəstələri COVİD-19-a qarşı peyvəndləmə kompaniyasında fəal iştirak etməlidirlər. İlk növbədə endokrinoloqun qəbulundan keçib, tam müayinə olunub və kompensasiya dövründə COVID-19 peyvəndi vurdurmalıdır. Planlı şəkildə hər şəkərli diabet xəstələri 6 aydan bir həkim-endokrinoloqun qəbulunda olmalıdırlar. “Check-Up” müayinə keçəndən sonra həkim qərar verir ki, pasient ikinci dozanı və yaxud “buster” dozanı vura bilər, yoxsa yox.

COVID-19-un “Omicron” variantı sürətlə bütün dünyada yayılır. Bunu nəzərə alaraq, kompensasiya dövründə olan şəkərli diabet xəstələri mütləq ikinci dozadan və yaxud xəstələnib sağaldıqdan 5 ay sonra üçüncü doza ilə peyvənd olunmalıdırlar. Qeyd edim ki, peyvəndin ikinci dozasından sonra 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevral ayının 15-dən sonra etibarlı hesab edilməyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3066
avatar

Aytəkin Cəlali

Oxşar yazılar