Şəhid jurnalistin XATİRƏ BULAĞI  - FOTO
25 noyabr 2021 11:28 (UTC +04:00)

Şəhid jurnalistin XATİRƏ BULAĞI - FOTO

Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə bulağının açılış mərasimi keçirilib.

Açılış mərasimində mərhum jurnalistin ailə üzvləri, dostları və ictimaiyyət nümayəndələri iştirak edib. 

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri olmuş Məhərrəm İbrahimovun xatirə bulağının açılışına gələnlər şəhidin məzarı üstünə gül dəstələri düzüblər.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə çəkiliş edən jurnalistləri aparan nəqliyyat vasitəsi iyunun 4-də Kəlbəcər rayonu, Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AZTV-nin operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu həlak olub, dörd nəfər xəsarət alıb.

Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

# 1683
avatar

Oxşar yazılar