Şəhid baş leytenant Cavidan Bədəlov İsmayıllıda dəfn olundu
14 sentyabr 2022 12:37 (UTC +04:00)

Şəhid baş leytenant Cavidan Bədəlov İsmayıllıda dəfn olundu

Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribat zamanı şəhid olan Azərbaycan ordusunun hərbi qulluqçusu, baş leytenant, 1996-cı il təvəllüdlü Bədəlov Cavidan Zaur oğlunun cənazəsi bu gün doğulduğu İsmayıllı rayonunun Talıstan kəndinə gətirilib.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, şəhid Cavidan Bədəlovun yaşadığı evdə təşkil olunan vida mərasimində onun ailə üzvləri, hərbçi qardaşı, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər.

Cənazə namazı qılınıb, şəhidin ruhuna dualar oxunub, "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı səsləndirilib.

Şəhid Cavidan Bədəlov həmin kəndin qəbiristanlığında dəfn olunub, cənazənin üzərindəki üç rəngli Azərbaycan bayrağı şəhidin atası Zaur Bədəlova təqdim olunub, havaya yaylım atəşi açılıb.

# 2421
avatar

Oxşar yazılar