"Həftəsonu şəhərlərarası və rayonlararası sərnişindaşıma bərpa edilib".
Bu barədə Lent.az-a Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova məlumat verib. O bildirib ki, ancaq bu qərar Bakı-Sumqayıt-Abşeron halqasına şamil edilməyəcək:
"Yəni, bu halqa üzrə həftəsonu gediş-gəliş ictimai nəqliyyatla mümkün olmayacaq".