Səhər-səhər xaş yemək düzgündür? - CAVAB
17 mart 2022 17:24 (UTC +04:00)

Səhər-səhər xaş yemək düzgündür? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bugünki mövzusu xaşın yeyilmə vaxtı ilə bağlıdır. 

“Gündə 3-4 litr su içmək də düzgün deyil. Hər kəs eyni dərəcədə su və qida qəbul edə bilməz. Biz faydalı və balanslı şəkildə qidalanmanı tövsiyə edirik. Suyun da, qidanın da orqanizmin tələbindən artıq qəbulu ziyandır. Ürək çatışmazlığından əziyyət çəkən insanlar var ki, gün ərzində 3-4 litr su qəbul edirlər. Nəticədə isə ürəyin ağırlaşmış vəziyyətində həkimə müraciət edirlər".

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Zakir Quliyev deyib.

O qeyd edib ki, kişilərdə ortalama 2 min kalori qəbulu olur:

"Lakin bunu da metobolizm sürəti tənzimləyir. Bu da standart ola bilməz, orqanizm individualdır. Odur ki, insanlar bütün qidaları zəruri miqdarda və düzgün şəkildə qəbul etməlidirlər ki, orqanizm metobolizm sürətinə müvafiq olsun”.

Bəs, xüsusilə soyuq havalarda tez-tez yeyilən xaşın səhər səhər yeyilməsi düzgündürmü?

Zakir Quliyev bildirib ki, bu tamamilə səhvdir:

"Səhər xaş yemək orqanizmə birbaşa ziyandır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4092
avatar

Aytəkin Cəlali

Oxşar yazılar