“Second Cup”, “Pakdad” və digər kafelərdə  POZUNTULAR...
29 iyul 2021 17:47 (UTC +04:00)

“Second Cup”, “Pakdad” və digər kafelərdə POZUNTULAR...

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən nəzarət tədbirləri çərçivəsində 2021-ci il iyulun 28-də ölkə üzrə 393 ictimai iaşə obyektində 665 monitorinq keçirilib.

Qurumdan Lent.az-a verilən məlumata görə, monitorinqlər zamanı 11 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küç., ev 3 ünvanında yerləşən, hüquqi şəxs  “Simurg” MMC-yə məxsus “Second Cup” kafesi;

2. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan yolunun cənub hissəsində yerləşən, fiziki şəxs Əhmədov Natiq Hüseyn oğluna məxsus kafe;

3. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs., Sergey Yesenin küçəsi 332 ünvanında yerləşən, fiziki şəxs Qədirov Bəxtiyar Ağakərim oğluna məxsus “Köz Xəlil” dönər evi;

4. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, fiziki şəxs Məmmədov İlham Xanbala oğluna məxsus kafe;

5. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 83 ünvanında yerləşən, fiziki şəxs Mirzəyev Rəşad Asif oğluna məxsus kafe;

6. Bakı şəhəri, Nəsimi rayonu, Qardaşları küç., ev 18 ünvanında yerləşən, fiziki şəxs Babaşov Şöhrət Adışirin oğluna məxsus “Pakdad” restoranı;

7. Bakı şəhəri, Yasamal ‎rayonu, Cavid pr., L. İmanov küçəsi 5 ünvanında yerləşən, hüquqi şəxs "Metropol-Kn" MMC-yə məxsus “Metropol” restoranı;

8. Bakı şəhəri, Nərimanov rayonu, Molla Cümə küçəsi 44 ünvanında yerləşən, fiziki şəxs Ələkbərov Kamran Vidadi oğluna məxsus “Alibaba Nargilə” restoranı;

9. Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 76 ünvanında yerləşən, fiziki şəxs Əliyev Bəhruz Əli oğluna məxsus “Astoriya” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran;

10. Bakı şəhəri, Binəqədi rayonu, Faiq Rüstəmov küçəsində yerləşən, fiziki şəxs Abdullayev Samir Oqtay oğluna məxsus “İron” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran;

11. Mingəçevir şəhəri, Gəncə şosesində yerləşən, fiziki şəxs Bəşirov Rəşad Tahir oğluna məxsus "Çinar" restoranı.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

# 2205
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar