Satın alına bilinən  BAKİRƏLİK   – Həkim qiyməti açıqladı
01 oktyabr 2021 20:15 (UTC +04:00)

Satın alına bilinən BAKİRƏLİK – Həkim qiyməti açıqladı

Bəzi ölkələrdə toy gecəsi bir çox qızların kabusuna çevrilir. Birdən bakirəliyimi sübut edə bilmərəm və ya birdən bakirə olmadığım üzə çıxar və... Bu səbəbdən həkimə üzə tutanlar da olur. 

Lent.az son zamanlar həkimlərin belə rahatca danışa bilmədiyi bu mövzuda sizlərin diqqətinə bəzi məqamları çatdıracaq. 

Qadın orqanizmində qızlıq pərdəsinin müəyyən bir anatomik funksiyasının olmamasına baxmayaraq, cəmiyyətdə ona qızın bakirəliyini göstərdiyi üçün xüsusi əhəmiyyət verilir. Cəmiyyətimizdə bəzi məqamlarda təəssüflər olsun ki, bu mövzu ilə bağlı kədərli hallar belə yaşanmaqdadır və qadınlar bu baxımdan təzyiqlərə, şiddətə məruz qalırlar. Buna görə də evlənməzdən qabaq cinsi əlaqə yaşamış və bunu gizlətmək istəyən qadınlar qızlıq pərdəsinin bərpası üçün tibbi əməliyyata müraciət edirlər. Bu prosedura tibdə himenoplastika olaraq adlandırılır.

Qızlıq pərdəsinin inkişafı hamiləliyin ikinci ayından başlayıb beşinci ayında başa çatır. Doğuş vaxtı qızlıq pərdəsi artıq inkişaf edir, onun sonrakı yaş dəyişiklikləri isə hormonal fonun təsiri altında olur.

50 faiz halda pərdə elastikliyi və quruluş xüsusiyyətlərinə görə ilk cinsi əlaqə zamanı pozulmur. Qızlıq pərdəsi doğuş vaxtı nəhayət tam pozulur və ginekoloq müayinə zamanı onun yalnız uşaqlıq yoluna uzanan qalıqlarını tapır.

Bilindiyi kimi, qızlıq pərdəsi sadəcə cinsi əlaqə zamanı pozulmur. Bəzi hallarda vaginaya sərt bir zərbə gələrsə, bu zaman qızlıq pərdəsi qismən və ya tamamilə yırtıla bilər. Hər qadında qızlıq pərdəsinin quruluşu eyni deyil. Elastik qızlıq pərdəsinə sahib insanlar cinsi əlaqəyə girsələr belə, zar yırtılmaya bilər və qanama baş verməz. Daha əvvəl heç bir münasibəti olmayan xanımlar belə qızlıq zarının elastikliyi səbəbindən yanlış günahlandırılmalarla üz-üzə qalırlar. Bu məlumatlara əsaslanaraq, əslində qızlıq pərdəsinin tam mənası ilə bakirəliyin göstəricisi olmadığını və cəmiyyətdəki bu düşüncənin yersiz olduğu söyləyə bilərik.

Qızlıq pərdəsinin müvəqqəti bərpası üçün xanımlar himenoplastika üçün xüsusi mütəxəssisə müraciət etməlidirlər. Bu əməliyyat sıradan həkimlər tərəfindən icra oluna biləcək bir əməliyyat deyil. Həkimin mütləq şəkildə bu mövzu üzərində ixtisaslaşması lazımdır. Əks təqdirdə uğursuzluqla nəticələnən halla və bəzi komplikasiyalarla qarşılaşmaq mümkündür.

Bəs, bu əməliyyat necə aparılır? Qiymətləri necədir?

Mövzu ilə bağlı hansı ginekoloqa müraciət etdiksə, suallarımızı cavablandırmaq istəmədilər. 

“ - Mən bu işlə məşğul olmuram.
Bəs, hansı həkimlə danışa bilərəm?
- Mənim bu mövzu ilə heç bir əlaqəm yoxdur. Heç nə də bilmirəm”.

Hə, suallarımız cavabsız qaldı. Qərar verdik ki, pasient kimi müraciət edək. Əlbəttə, az öncə “Mən bu işlə məşğul olmuram” deyən həkim “pasientinə” əməliyyatla bağlı ətraflı məlumat verdi:

“Əvvəlcə onu deyim ki, bakirəlik iki cür bərpa olunur: Qısa müddət üçün, uzun müddət üçün. Qısamüddətli himenoplastika cinsi əlaqənin 2-7 gün ərzində olmasını nəzərdə tutur. Qısamüddətli himenoplastika üçün sovrulan saplar istifadə edilir, hansı ki, proseduradan 7-8 gün sonra artıq görünmür və toxumaları saxlamır. Uzunmüddətli və ya daimi himenoplastikanın digərindən əsas fərqi ondadır ki, uşaqlıq yolunun selikli qişasından kəsib süni büküş yaradılır, hansı ki, əsl qızlıq pərdəsini tam imitasiya edir. Bu zaman hətta mütəxəssis belə onun həqiqiliyini həmişə təyin edə bilmir. Əməliyyatdan bir ay sonra yara tam bərpa olur”. 

Həkimin sözlərinə görə, himenoplastika əməliyyatından sonra həkim tərəfindən nəzarət olunur və gərəkli dəstək verilir. Əməliyyat sonrası idman etmək, hovuza və dənizə girmək, ağır əşyaları daşımaq olmaz. Ayaqları çox aralamamağa çalışmaq və gigiyenik qaydalara riayət etmək tövsiyə olunur. Qiymətə gəldikdə isə, elə əməliyyatın növündən asılı olaraq o da dəyişir. Həkim belə deyir:

“Əgər qısa müddətli himenoplastika əməliyyatı istəyirsinizsə, qiymət 500 manatdır. Uzunmüddətlidə isə 1000 manat”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 23814
avatar

Oxşar yazılar