Şagirdlərdən ödəniş tələb edən müəllim işdən çıxarıldıb - YENİLƏNİB
22 iyul 2022 17:26 (UTC +04:00)

Şagirdlərdən ödəniş tələb edən müəllim işdən çıxarıldıb - YENİLƏNİB

Sumqayıt şəhər 16 nömrəli tam orta məktəbin müəlliminin səs yazısı ilə bağlı müvafiq araşdırma aparılıb.

Lent.az xəbər verir ki, bu barədə idarədən APA-nın sorğusuna cavab olaraq bildirilib. 

Qeyd edilib ki, araşdırma zamanı məktəbin 11 “c” sinfinin sinif rəhbəri şagirdlərindən müxtəlif adlar altında ödəniş tələb etdiyini etiraf edib və işdən azad olunub:

“Eyni zamanda pedaqoji kollektivə rəhbərlik və nəzarət işində yol verdiyi nöqsanlara görə direktor səlahiyyətlərini müvəqqəti icra edən şəxs barəsində mövcud qanunvericiliyə uyğun tədbir görülməsi qərara alınıb.

Bu kimi neqativ hallara qarşı mübarizədə valideynlər tərəfindən verilmiş dəstəyə görə təşəkkürümüzü bildiririk”.

 

11:55

 

Abşeron-Xızı Regional Təhsil İdarəsinə Sumqayıt şəhər 16 nömrəli tam orta məktəbin müəlliminin səs yazısı ilə bağlı məlumat daxil olub.

Lent.az xəbər verir ki, bu barədə idarədən APA-ya bildirilib.

Məlumata görə, səs yazısındakı iddialarla bağlı dərhal Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəbdə araşdırma aparılıb.

Araşdırma nəticəsində fakt öz təsdiqini tapıb. Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən müvafiq şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülüb.

Qeyd edək ki, səs yazısında attestat və digər işlərlə bağlı valideyndən pul tələb olunurdu.

# 3798
avatar

Oxşar yazılar