"Şagirdlər məktəb daxilində maskadan istifadə edə və etməyə bilərlər".
Lent.az məlumat verir ki, bu barədə təhsil nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu "Real Tv"yə açıqlamasında deyib. O bildirib ki, vacib olan nüans fiziki məsafənin qorunması və gigiyenik qaydalara əməl olunmasıdır:
"Məktəblər bütün vasitələrlə təmin edilib. Hər növbənin sonunda partalar silinəcək və sinif otaqları havalandırılacaq. Şagirdlərin hamısının tempraturu da ölçüləcək".
V.Yaqublu qeyd edib ki, müəlimlər maska və üz sipərində dərs keçəcəklər.