Şadlıq saraylarında toylar niyə azalıb? - VİDEO
30 iyun 2023 16:09 (UTC +04:00)

Şadlıq saraylarında toylar niyə azalıb? - VİDEO

Doğrudan da xalqımızın toy kimi bir adəti var, son illərdə isə bu adət əməlli-başlı böyük biznesə çevrilib.

Lent.az APA TV-yə istinadla bildirir ki, ancaq pandemiya dövründə tətbiq edilən məhdudiyyətlər toylardan da yan  keçmədi. Əslində “pandemiya ənənəvi toy adətini dəyişdi” desək, bəlkə də yalan olmaz. Belə ki, pandemiyadan əvvəl vətəndaşlar 400-500 nəfərlə şadlıq edirdilərsə, pandemiyadan sonra toy ənənəsinə münasibət bir qədər dəyişib. “Covid” dövründə insanlar gördülər ki, daha kiçik formada, ən yaxınlarıyla şadlıq təşkil edə, yeyib-içə, əylənə bilərlər. Bu yanaşma və münasibət, istehlakçı davranışındakı bu dəyişikliklər şadlıq sarayı sahiblərinə, toy biznesinə ciddi təsir göstərib. 

İnzibatçı deyir ki, əvvəllər bir ayda 20-23 toy mərasimi təşkil edilirdisə, hazırda bu say 50 faizə düşüb. Bundan başqa insanlar toylarını artıq restoranlarda da edirlər. 

Söhbətləşdiyimiz inzibatçılar bildirir ki, toylarda adamların azlığına səbəb kimi təkcə pandemiyanı yox, həm də qida məhsullarının qiymətlərinin artımını da göstərmək olar. 

Mövzu ilə bağlı mövqeyini öyrəndiyimiz iqtisadçı ekspert Xalid Kərimli deyir ki, sahibkar bazardakı ola biləcək bütün riskləri nəzərə alaraq hərəkət etməlidir. 

İqtisadçı deyir ki, şadlıq saraylarının hansının ayaqda qala biləcəyini rəqabət və sahibkarların viziyonu, məsələyə münasibəti müəyyənləşdirəcək. Yəni işini daha yaxşı görən, vəziyyəti düzgün qiymətləndirib doğru bazar strategiyası həyata keçirən sahibkarlar bazarda qalacaq. Digərləri isə fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalacaqlar. 

Pandemiyanın xüsusi karantin rejiminin şadlıq saraylarına vurduğu ziyanın böyük həcmdə olması danılmazdır. Amma bu məhdudiyyətlər cəmiyyətdə müasir toy təfəkkürünün formalaşdırdı. Çünki insanlar gördü ki daha az adamın iştirakı ilə də toy edib, səadətə qovuşmaq mümkündür. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3162
avatar

Oxşar yazılar