Sabahın hava  PROQNOZU
09 sentyabr 2021 12:51 (UTC +04:00)

Sabahın hava PROQNOZU

Sentyabrın 10-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə,
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Bakıda gecə 18-20° isti, gündüz 24-26° isti olacaq.

Atmosfer təzyiqi 766 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % , gündüz 45-50 %olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq..

Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti olacaq,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə, sentyabrın 10-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 18-22° isti, gündüz 25-29° isti, dağlarda gecə 5-10° isti,
gündüz 12-17° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2198

Oxşar yazılar

Leysan yağır,  güclü külək əsir - FAKTİKİ HAVA

Leysan yağır, güclü külək əsir - FAKTİKİ HAVA

10 aprel 2025 , 18:17
Sabah Zaqatalanın bu kəndinin qazı kəsiləcək

Sabah Zaqatalanın bu kəndinin qazı kəsiləcək

10 aprel 2025 , 17:42
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

10 aprel 2025 , 17:29
Yuxusuzluq insanları qocaldır  - TƏDQİQAT

Yuxusuzluq insanları qocaldır - TƏDQİQAT

10 aprel 2025 , 16:05
“Story”lər üçün çəkilən rəqslər - Fırıldaqçı müəllimlər

“Story”lər üçün çəkilən rəqslər - Fırıldaqçı müəllimlər

10 aprel 2025 , 14:10
Bu marketdə saxta araqlar  satılırmış

Bu marketdə saxta araqlar satılırmış

10 aprel 2025 , 12:32
 Leysan və qar yağacaq   - Sabahın HAVASI

Leysan və qar yağacaq - Sabahın HAVASI

10 aprel 2025 , 12:20
Bakıda 4 gün komada qalan  hamilə qadın doğdu

Bakıda 4 gün komada qalan hamilə qadın doğdu

10 aprel 2025 , 11:29