Sabahdan daha bir marşrut xəttində ödəniş kartla olacaq
24 may 2021 16:54 (UTC +04:00)

Sabahdan daha bir marşrut xəttində ödəniş kartla olacaq

Mayın 25-dən “Ulduz” metro stansiyası – Suraxanı qəsəbəsi üzrə hərəkət edən 184 saylı marşrut xəttindəki avtobuslarda da gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək. 

Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilir ki, iş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2160
avatar

Oxşar yazılar