Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” müvafiq qərarına edilən dəyişikliyə əsasən iyulun 17-si şənbə günü Bakı şəhərində müntəzəm marşrut xətləri üzrə sərnişindaşımaları adi rejimdə yerinə yetiriləcək.
Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, 18 iyul saat 0:00-dan 22 iyul saat 6:00-dək isə müntəzəm marşrut xətləri üzrə sərnişindaşımaları dayandırılacaq.