Sentyabrın 6-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 18-20° isti, gündüz 23-26° isti, Bakıda gecə 18-20° isti, gündüz 23-25° isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-75 % olacaq.
Azərbaycanın rayonlarında
Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 16-21° isti, gündüz 25-29° isti, dağlarda gecə 3-8° isti, gündüz 9-14° isti olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti
Sentyabrın 6-da Abşeron çimərliklərində şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Sentyabrın 5-6-da Abşeron yarımadasında xəzri küləyinin güclənməsi fonunda havanın temperaturunun tədricən xeyli aşağı enməsi və iqlim normasına yaxınlaşması meteohəssas insanlar üçün müsbət amildir.