Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
İyunun 19-da mülayim şimal küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti olacaq.