Sabah bu rayon qazsız qalacaq
15 yanvar 2025 17:45 (UTC +04:00)

Sabah bu rayon qazsız qalacaq

0

Sabah Ağdaş rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Lent.az xəbər verir ki, bununla bağlı “Azəriqaz” məlumat yayıb.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinin sifarişi əsasında “Şəmsabad” QPS-də mövcud qaz tənzimləyici qurğunun baypas xətti üzərində yeni tənzimləyici qurğunun quraşdırılması ilə bağlı 16 yanvar saat 10:00-dan etibarən işlər başa çatanadək “Şəmsabad 2-ci xətt” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Ağdaş rayonunun bir hissəsinin (Ağdaş şəhərinin bir hissəsi, rayonun 19 yaşayış məntəqəsi, 6 qeyri-yaşayış) qaz təchizatının dayandırılması işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası mümkün olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3697

Oxşar yazılar