Fevralın 1-dən "8 Noyabr" prospektində asfalt-beton örtüyünün deformasiyaya uğramış hissələrinin təmiri işləri davam etdiriləcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən xəbərə görə, işlərin aparıldığı müddətdə propektdə hərəkət iş aparılan zolaq üzrə (digər hərəkət zolaqları açıq qalacaq) hissə-hissə məhdudlaşdırılacaq.
Buuna görə də sürücülərdən propektdə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyir.