Sabah Bakının  bu körpüsündə   hərəkət dayanacaq -  SƏBƏB
31 avqust 2021 16:51 (UTC +04:00)

Sabah Bakının bu körpüsündə hərəkət dayanacaq - SƏBƏB

Sentyabrın 1-də Bakının bir hissəsində hərəkət məhdudlaşdırılacaq.

Bu barədə Lent.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Bildirilir ki, saat 11:00-dan 13:00-dək aparılacaq müayinə və sınaq işləri səbəbindən paytaxtın Tbilisi prospekti ilə Əbdülvahab Salamzadə küçəsinin kəsişməsində yerləşən yol ötürücüsü üzərində işlərin aparılacağı hərəkət zolaqları üzrə hərəkət qismən məhdudlaşdırılacaq.

Qeyd olunan müddət ərzində ərazidə sıxlığın və tıxacın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3912
avatar

Oxşar yazılar