Sabah 40 dərəcə isti olacaq  - HAVA PROQNOZU
19 avqust 2022 11:56 (UTC +04:00)

Sabah 40 dərəcə isti olacaq - HAVA PROQNOZU

Avqustun 20-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yağmursuz olacaq. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-26° isti, gündüz 35-38° isti, Bakıda gecə 24-26° isti, gündüz 36-38° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu  təşkil edəcək. Nisbi rütubət  gecə 55-60 %, gündüz 35-40 % olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-29° isti olacaq.

# 2394
avatar

Oxşar yazılar