Sabah 27 dərəcə isti olacaq  - HAVA PROQNOZU
18 aprel 2022 12:33 (UTC +04:00)

Sabah 27 dərəcə isti olacaq - HAVA PROQNOZU

Aprelin 19-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında  havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-12° isti, gündüz 15-19° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 17-19° isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 22-27° isti, dağlarda gecə 0-5° isti, gündüz 11-16° isti olacaq.

# 7086
avatar

Oxşar yazılar