Milli Məclisin deputatı, tanınmış həkim Rəşad Mahmudov
22 may 2021 17:35 (UTC +04:00)

Milli Məclisin deputatı, tanınmış həkim Rəşad Mahmudov

Rəşad Mahmudovdan tibbi sığorta ilə bağlı AÇIQLAMA

0

“Ölkəmizdə İcbari Tibbi Sığortanın tətbiqinə başlanması istər səhiyyə sistemi, istərsə də səhiyyə xidmətlərinin inkişafı üçün ən əsas stimullardan biridir”.

Bu sözləri Lent.az-a açıqlamasında Milli Məclisin deputatı, tanınmış həkim Rəşad Mahmudov deyib.

O bildirib ki, bu reformlar həm də əvvəlllər diqqətimizi çəkməyən bir çox problemlərin aktuallaşmasına rəvac verəcək:

“Nəticədə həm səhiyyə işçilərinin, həm də bu siyasəti həyata keçirən bütün aidiyyəti qurumların (Səhiyyə Nazirliyi, TƏBİB, Milli Məclisin Səhiyyə Komitəsi) üstünə böyük məsuliyyət düşür:

- heç bir çətinlikdən qorxmadan yola davam etmək,
- Prezidentimizin səhiyyəçilərin qarşısına qoyduğu hədəflərə köklənmək,
- problemlərin həlli üçün konstruktiv səyləri ortaya qoymaq,
- son illərin ən vacib sosial layihəsi olan tibbi sığortanın həyata keçirilməsi üçün var gücümüzlə çalışmaq,
- ölkəmizdə səhiyyə sisteminə qarşı olan inamı ən yüksək səviyyəyə çatdırmağa nail olmaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2342

Oxşar yazılar