Rektordan Qarabağ Universiteti ilə bağlı TƏKLİFLƏR
01 iyun 2021 09:45 (UTC +04:00)

Rektordan Qarabağ Universiteti ilə bağlı TƏKLİFLƏR

“Qarabağ” Ağdamda qurulacaq yeni universitetin adı olmaqla yanaşı, həm də güclü bir universitet brendi olacaqdır".

Lent.az məlumat verir ki, bu sözləri sosial şəbəkə hesabında Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru Ədalət Muradov bildirib. Rektor yeni yaradılacaq universitet ilə bağlı bəzi təkliflər irəli sürüb:

"Bu brendin özəllilikləri kimi aşağıdakılar ola bilər:

- "tələbə mərkəzli” universitet;

- öyrətməyə vida edən və öyrənməyi əsas tutan təhsil modeli;

- fərdi təhsil trayektoriyası əsasında təhsil verən universitet;

- təhsilin əsas keyfiyyət amili kimi hər bir təhsilalanın “təhsil izi”;

- XXI əsr vərdiş, bacarıq və kompetensiyaların formalaşmasına zəmanət verən adaptiv təhsil modeli;

- distant təhsilin yaratdığı üstünlükləri maksimal dərəcədə reallaşdıran universitet;

- dünyada öndə olan universitetlərin və tanınmış peşəkarların potensialından bəhrələnən şəbəkə universiteti;

- rəqəmsal iqtisadiyyat sahəsində ixtisaslaşan tədris və elm mərkəzi;

- xətti-funksional idarəetməni proseslərin idarəedilməsilə əvəzləyən universitet;

- “Smart universitet”;

- ŞƏHİD övladlarının təhsil aldığı universitet".

# 1566
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar