"Real FM" radiosuna direktor TƏYİN OLUNDU  - FOTO
12 mart 2022 19:09 (UTC +04:00)

"Real FM" radiosuna direktor TƏYİN OLUNDU - FOTO

"Real FM" radiosuna direktor təyinatı olub.

Lent.az xəbər verir ki, radionun direktoru tanınmış jurnalist Kəmalə Onur təyin edilib.

Bu barədə o, "Facebook" səhifəsində yazıb.

K.Onur qeyd edib ki, həmçinin, gələn həftədən etibarən REAL TV-də "Redaktor" verilişinin aparıcısı kimi efirə çıxacaq.

Qeyd edək ki, bir sıra radiolarda aparıcı olan Kəmalə Onur, eyni zamanda, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində baş mütəxəssisdir.

Xatırladaq ki, Audiovizual Şura ötən gün ümumrespublika radio kanalının (Bakı şəhəri və Abşeron yarımadası ərazisində 107,0 MHz tezliyi) açılması üçün 17 yanvar 2022-ci il tarixdən 17 fevral 2022-ci il tarixədək elan olunmuş müsabiqənin nəticəsini açıqlayıb. Müsabiqənin qalibi “Real Təhlil İnformasiya Mərkəzi” MMC (radio kanalın adı: Real FM) olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2108

Oxşar yazılar