"Ramiz Mehdiyevin etdiyi hərəkətlər Akademiyanın həqiqi üzvü qalmasına imkan vermir".
Lent.az APA-ya istinadla xəbər verir ki, bunu AMEA-nın prezidenti İsa Həbibbəyli deyib.
O bildirib ki, Akademiyada Ramiz Mehdiyevin üzvlük məsələsinə baxılacaq və lazımi qiymət veriləcək:
"Bu məsələdə akademiyanın konkret mövqeyi var. Ramiz Mehdiyevin Azərbaycan müstəqil dövlətçiliyinə qarşı etdiyi hərəkətlər barəsindəki ittihamlar onun akademiyanın üzvü qalmasında qətiyyən imkan vermir. Məsələyə Akademiyada baxılacaq. Və lazimi qərar qəbul ediləcək".