Ramin Bayramlı
13 sentyabr 2021 12:10 (UTC +04:00)

Ramin Bayramlı

Ramin Bayramlını o əvəzlədi - FOTO

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB-in İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Cavanşir oğlu Qurbanova verilib. O hazırda Agentliyin Tibbi iddialar departamentinin rəhbəri vəzifələrini icra edir.

Qeyd edək ki, TƏBİB-in əsas vəzifəsi tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğun formalaşdırmaq, tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etmək və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdir.

Vüqar Qurbanov

# 7398
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar