Ramazan ayının 12-ci gününün DUASI
11 mart 2025 22:00 (UTC +04:00)

Ramazan ayının 12-ci gününün DUASI

Bu gün Ramazan ayının on ikinci günüdür. Ramazan təqviminə əsasən imsak vaxtı saat 05:31-də, iftar vaxtı saat 18:59-dur.

Lent.az Qafqaz Müsəlmanları İdarəsinə istinadən Ramazan ayının on ikinci gününün iftar duasını təqdim edir:

“Allahummə zəyyinni fihi bis-sətri vəl-əfaf. Vəsturni fihi bilibasil-qünui vəl-kəfaf. Vəhmilni fihi ələl-ədli vəl-insaf. Və amilni fihi min kulli ma əxaf. Bi-ismətikə ya ismətəl-xaifin”.

Tərcüməsi: “İlahi, bu gün günahlarımı gizlətmək və iffət bağışlamaqla məni zinətləndir. Bu gün mənə qənaət və kifayətcillik libasını geyindir. Məni bu gün ədalət və insafa vadar et. Bu gün məni bütün qorxduğum şeylərdən amanda saxla. İsmətinə and verirəm, ey qorxu içində olanların mühafizəçisi”.

Allah dualarınızı qəbul etsin!
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 898

Oxşar yazılar