"Nə Kolumbiya, nə də Zimbabve deyil. Sabah bu uşaqları gedib tapacam".
Lent.az məlumat verir ki, bu sözləri Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında yazıb.
O, uşaqların şəkillərini də paylaşıb: "Məlumata görə, 4 uşaqdır və qonşular baxır. Ana dediyimiz 5-ci uşağı da dünyaya gətirəcək. O da küçələrdə səfillikdə böyüyəcək. Ananın gün ərzində harada olduğu isə bəlli deyil".