İranda koronavirusa qarşı peyvənd olunmayan sürücülər cərimələnəcək.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Yol və Şəhərsalma Nazirliyinin Nəqliyyatın İnkişafı və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri Rza Nəfisi deyib.
Onun sözlərinə görə, bu, dekabrın 6-dan icra olunacaq.
Peyvənd olunmayan sürücülərə virusun yayılmasına görə, qırmızı və narıncı səviyyədə olan şəhərlərdə məhdudiyyətlər və cərimələr tətbiq olunacaq.
Xəstə olan sürücülərə isə şəhər daxilində və şəhərlərarası yollarda şəxsi avtomobillərini belə idarə etməyə icazə verilməyəcək.
O qeyd edib ki, koronavirusa qarşı sürücülərin peyvənd olunub-olunmadığına yollarda onlayn sistem nəzarət edəcək.