Ölkədə bir neçə gündür qeyri-sabit hava müşahidə olunur.
Lent.az xəbər verir ki, əsasən də dağlıq rayonlara leysan xarakterli yağışlar yağıb. Bəzi çaylarda sel müşahidə olunub.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, ölkə ərazisində müşahidə olnan qeyri-sabit hava şəraitinin iyulun 1-i axşamadək davam edəcəyi, iyulun 2-dən havanın sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.