Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək - PROQNOZ
07 sentyabr 2021 12:25 (UTC +04:00)

Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək - PROQNOZ

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti sentyabrın 8-i gündüz saatlarınadək davam edəcək.

Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə saatlarında Böyük Qafqazın və Lənkəran-Astara zonasının bəzi yerlərində intensiv və güclü olacağı ehtimalı var. Sentyabrın 8-də axşama doğru yağıntılar tədricən kəsiləcək.

Güclü şimal-qərb küləyi ayın 8-i səhər saatlarından tədricən mülayimləşəcək.

# 14178
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar