Qənnadı müəssisəsində YOXLAMA:  Mənşəyi bilinməyən boyalar üzə çıxdı
23 oktyabr 2021 16:51 (UTC +04:00)

Qənnadı müəssisəsində YOXLAMA: Mənşəyi bilinməyən boyalar üzə çıxdı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Qurumdan Lent.az-a verilən məlumata görə, qurum əməkdaşları tərəfindən Şəki şəhəri, Xətai küçəsində fəaliyyət göstərən fiziki şəxs Hüseynov Tərlan Tahir oğluna məxsus şəkərli qənnadı məmulatlarının istehsalı müəssisəsində yoxlama həyata keçirilib.

İlkin baxış zamanı müəssisənin sanitar-gigiyenik qaydalara və qida təhlükəsizliyinə dair normativ aktların tələblərinə əməl etmədən fəaliyyət göstərdiyi, müəssisənin istehsal sahəsinin yuyulub təmizlənə bilən materiallarla təchiz edilmədiyi, otaqlarda uzun müddət təmizlik işlərinin aparılmadığı, işıqlanmada istifadə edilən lampaların xüsusi mühafizəedici vasitələrlə örtülmədiyi müəyyən olunub.

Yoxlama zamanı istehsal prosesində müşayiətedici sənədləri olmayan aromat və boyalardan istifadə edildiyi, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi məlum olub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq, şəkərli qənnadı məmulatlarının istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

# 2214
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar