Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 1-2 iyulda keçirilən imtahanlardan 15 nəfər xaric olunub.
DİM-dən Lent.az-a verilən məlumata görə, həmin şəxslər tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric ediliblər. Bildirilib ki, qəbul imtahanı iştirakçıları arasında ən yüksək nəticəni Zəngilan rayonu, 21 saylı orta məktəbin 2020-ci il məzunu göstərib. IV ixtisas qrupu üzrə sənəd verən həmin abituriyent toplanılması mümkün olan 300 baldan 287,8 bal toplayıb.