“Builki imtahanlarla bağlı məsələni yenə də Təhsil Nazirliyi ilə müzakirə etmişik. Ümumi müzakirənin nəticəsi olaraq bir çox proqramlarda xeyli yüngülləşmə aparılıb”.
Lent.az-ın xəbərinə görə, bunu APA TV-yə açıqlamasında Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Natiq Əliyev bildirib.
“Abituriyent” jurnalının 1-ci sayının artıq çap olunduğunu deyən şöbə müdiri bildirib ki, orada imtahanların ikinci mərhələsi, yəni qəbul imtahanları üzrə bütün fənlərlə bağlı proqramlar çap olunub: “O proqramlarda müəyyən qədər yüngülləşmə, ixtisarlar aparılıb. Məsələn, tarix fənni üzrə kifayət qədər ixtisarlar, proqramın sadələşdirilməsi həyata keçirilib. Bildiyiniz kimi, İkinci Qarbağ müharibəsi ilə bağlı Dövlət İmtahan Mərkəzi tərəfindən bir vəsait hazırlanıb. Bunun “Abituriyent” jurnalının 2-ci sayında çap edilməsi nəzərdə tutulub. Amma ola bilər ki, yaxın vaxtlarda DİM-in saytına da yerləşdirilsin. Tarix imtahanında o vəsaitdən də sual olacaq”.