"Qaradağdakı şəhid məzarları ilə bağlı ciddi tapşırıqlar verilib" - Mehdi Mehdiyev
27 yanvar 2021 12:06 (UTC +04:00)

"Qaradağdakı şəhid məzarları ilə bağlı ciddi tapşırıqlar verilib" - Mehdi Mehdiyev

"Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisinə düşən şəhidlərimizin dəfn olunduğu yer dövlət rəhbərimizin nəzarətindədir".

Lent.az məlumat verir ki, bu barədə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev bildirib. O qeyd edib ki, artıq ciddi tapşırıqlar verilib:

"Allah Şəhidlərimizə rəhmət eləsin. Onların qarşısında hamımızın ən azı mənəvi borcumuz var. Onlar Vətənimizin ərazi bütövlüyünü bərpa etmək,xalqımızın qürurunu özünə qaytarmaq,soydaşlarımızın üzərindən məcburi köçkün adını silərək öz yurd-yuvalarına qayıda bilməsi üçün öz canlarını fəda ediblər.

Tezliklə orada Şəhidlər xiyabanı adına uyğun abadlıq işləri həyata keçiriləcək. Hamınızı bu həssas məsələdə təmkinli olmağa çağırıram. Gəlin bir qədər səbrli olaq və nəticəni gözləyək. Şəhid qardaşlarımızın və balalarımızın ruhları şad, məkanları cənnət olsun".

# 7140
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar