Qarabağdakı naməlum məzarlarla bağlı vətəndaşlara  MÜRACİƏT
26 yanvar 2022 11:41 (UTC +04:00)

Qarabağdakı naməlum məzarlarla bağlı vətəndaşlara MÜRACİƏT

“Məzar yerləri ilə bağlı məlumatların toplanması işi hazırda da davam etdirilir”.

Lent.az bildirir ki, bunu APA-ya müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.

“Mən fürsətdən istifadə edərək işğaldan azad edilmiş Azərbaycan ərazilərində soydaşlarımızın dəfn yerləri barədə məlumatı olan hər kəsdən, xüsusən də keçmiş döyüşçülərdən, eyni zamanda həmin ərazilərdə yaşamış vətəndaşlarımızdan bu barədə Dövlət Komissiyasına məlumat vermələrini xahiş edirəm.

Məlumatları Dövlət Komissiyasının rəsmi E_mail ünvanına ([email protected]) göndərmək və 81-61, 405-71-22 qaynar xətti vasitəsi ilə vermək mümkündür”, - o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1779
avatar

Oxşar yazılar