Qarabağda daha bir radio yayıma başladı
08 may 2021 14:43 (UTC +04:00)

Qarabağda daha bir radio yayıma başladı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi Milli Televiziya və Radio Şurasının müvafiq qərarı ilə yayım lisenziyası almış CBC radio proqramının “Azerspace” peyki üzərindən və Şuşa Radio-Televiziya Yayım Stansiyasından 2 kVt-lıq FM radioverici vasitəsilə stereo rejimində 102.7 MHs tezliyində yerüstü yayımına başlayıb.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, nəticədə sözügedən radio proqramının Şuşa, Xankəndi, Mingəçevir, Yevlax şəhərləri və Xocalı, Ağdam, Bərdə, Goranboy, Göyçay, Qəbələ rayonları, eləcə də ətraf yaşayış məntəqələrində yayımı təmin edilib.

Eyni zamanda, 2020-ci il dekabrın 30-dan Şuşa RTYS-dən 11 TV və 2 FM radio, o cümlədən CBC TV proqramının yayımına başlanılıb.

# 1506
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar