Qar yağıb, yollar buz bağlayıb - FAKTİKİ HAVA
24 yanvar 2024 12:14 (UTC +04:00)

Qar yağıb, yollar buz bağlayıb - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 24-ü  saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisində qarlı, şaxtalı hava şəraiti davam edir.

Xidmətdən Lent.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da, Qazax-Gəncə, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran, Qarabağ və Şərqi Zəngəzur, Lənkəran-Astara zonasında qar yağır, bəzi yollar buz bağlayıb.

Hazırda havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1 dərəcəyədək isti, Naxçıvan MR-da 5 dərəcəyədək şaxta, Aran rayonlarında 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti , dağlıq rayonlarda 7, yüksək dağlıq ərazilərdə isə 11 dərəcəyədək şaxtadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4401
avatar

Oxşar yazılar