Qar fırtınasına   görə 1000-dən çox aviareys təxirə salındı
23 dekabr 2022 15:25 (UTC +04:00)

Qar fırtınasına görə 1000-dən çox aviareys təxirə salındı

ABŞ-da soyuq hava və ölkənin əhəmiyyətli bir hissəsini vuran qar fırtınası səbəbindən 3000-dən çox aviareys təxirə salınıb. 

Lent.az bildirir ki, bu barədə Amerika mətbuatı xəbər verir.
Vaşinqton, Nyu-York, Çikaqo və Denver hava limanlarında uçuşlar daha ləğv edilib və ya başqa vaxta dəyişdirilib.

Ölkədə ümumilikdə 150 milyona yaxın insanın pis hava şəraitinin təsirindən zərər çəkdiyi bildirilir. Ştatların yarıdan çoxunda bölgə üçün son dərəcə aşağı temperaturlar müəyyən edilib və təhlükə səviyyəsinin yüksəldiyi elan edilib. Bəzi ərazilərdə havanın temperaturu 45 dərəcədən aşağı düşüb.

Bir neçə ştat qubernatoru əlavə təhlükəsizlik tədbirləri tətbiq edib. Corciya, Kentukki, Şimali Karolina, Oklahoma, Nyu-York ştatlarında fövqəladə vəziyyət elan edilib. Kolorado ştatında sakinlərə kömək etmək üçün Milli Qvardiyanın 100-ə yaxın əməkdaşı cəlb olunub. Texas hakimiyyəti fövqəladə hallar xidmətlərinə fırtına, daşqın və “digər ekstremal hava şəraiti” təhlükəsi ilə əlaqədar işi gücləndirməyi tapşırıb.

Yerli meteoroloji xidmətlər episentrdə atmosfer təzyiqinin kəskin azalması ilə xarakterizə olunan “partlayıcı siklon” təhlükəsi barədə xəbərdarlıq edir.

Qar fırtınası Kanadaya da təsir edib və Vankuver Beynəlxalq Hava Limanında bir sıra uçuşların təxirə salınmasına səbəb olub. Şənbə günü gecə Torontoda küləyin sürətinin 100 km/saata çatacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1563
avatar

Oxşar yazılar