
Qanunsuz ov məhsullarını satan şəxslər CƏZALANDIRILDI
Qanunsuz balıq ovunun və qeyri-qanuni əldə edilmiş ov məhsullarının yol kənarlarında satışının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən növbəti nəzarət tədbirləri keçirilib.
Xidmətin rəsmisi Bəhruz Məhəmmədov Lent.az-a bildirib ki, Lənkəran rayonu, Qumbaşı kəndi ərazisində və Ələt-Astara magistral yolunun Biləsuvar rayonundan keçən hissəsində ovlanmış çöl quşlarının satılması faktları aşkar edilib. Araşdırma zamanı qanun pozucularının Biləsuvar rayon sakinləri Rafiq Orucov və Fariz Abbasov olduğu məlum olub. Faktlarla bağlı protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb:
“Kür çayının Tovuz rayonu Hunanlar kəndi ərazisindən keçən hissəsində isə qanunsuz balıq ovlayan bir nəfər saxlanılıb, qanun pozucusunun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır”.
B.Məhəmmədov onu da bildirib ki, ayrı-ayrı inzibati rayonların ərazisində qanunsuz ov edən Ağdaş rayon sakini Kamil İbrahimov, İmişli rayon sakini Toğrul Müseyiboğlu, Qusar rayon sakini Vahid Ələskərov, Şabran şəhər sakini Samir Gülməmmədov, Xırdalan şəhər sakini Vüqar Mahmudov, Bakı şəhər sakinləri Babək Babayev, Mənsum Köçəriyev, Qax rayon sakini Şeyx Musayev, Xızı rayon sakini Kamil Quliyev saxlanılıb və barələrində protokol tərtib edilərək cərimələnib.

Hicranə Əlişqızı
Oxşar yazılar

Mehriban Əliyeva xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib
8 mart 2021 , 10:13
Peşəsi ilə sağollaşmağa hazırlaşan rəisin sirlərini öyrəndik: “Polis səngərsiz əsgərdir” - MÜSAHİBƏ
8 mart 2021 , 10:00
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2021 , 00:01
Küləkli havada avtomobillərinizi bu yerlərdə saxlamayın - XƏBƏRDARLIQ
7 mart 2021 , 16:57
Yeni direktor Yaqub Mahmudovun otağını konfrans zalına çevirdi
7 mart 2021 , 16:30
İki şagird imtahandan qovuldu
7 mart 2021 , 16:18
Dövlət qulluqçusu olmaq istəyənlər üçün bu imtahanlar başa çatdı-NƏTİCƏLƏR
7 mart 2021 , 16:01
Azərbaycanda son sutkada koronavirusa yoluxma 400-ü ötdü
7 mart 2021 , 14:33