O, ermənilərin Gəncəyə raket atmasından yerli sakinlərin qorxmadığını sadə bir cümlə ilə ifadə edib gündəm olmuşdu.
Sözü gedən Gəncə sakini Tariyel Şahverdiyev vəfat edib.
“Azərbaycan əhalisi qan görəndə qorxmuyor, naoborot qızışıyor” deyən gəncəli vəfat edib.
Lent.az-ın məlumatına görə, Gəncə sakini 60 yaşlı Tariyel Şahverdiyev bu gecə ürək tutmasından dünyasını dəyişib. Onun bir müddət əvvəl ürəyindən əməliyyat olduğu deyilir.
Qeyd edək ki, bir cümləlik açıqlaması ilə məşhurlaşan Tariyel Şahverdiyev köhnə döyüşçüdür, Qarabağ qazisidir. 1991-ci ildə könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərə yollanan Şahverdiyev ayağından və ürək nahiyəsindən güllə yarası alıb. Ürək nahiyəsindən dəyən gülləni çıxarmaq mümkün olmayıb, uzun illər bədənində qalıb.
Onu da qeyd edək ki, Tariyel Şahverdiyev təqaüddə olan polis mayorudur.
Fuad Nazimoğlu