“Pfizer” peyvəndi üçün özəl klinikalardakı ödənişlər ləğv olundu -  RƏSMİ
11 iyun 2021 15:01 (UTC +04:00)

“Pfizer” peyvəndi üçün özəl klinikalardakı ödənişlər ləğv olundu - RƏSMİ

“Pfizer” peyvəndini vurdurmaq üçün özəl klinikalara müraciət edənlər peyvənddən əvvəl tibbi müayinə zamanı ödəniş etməyəcəklər.

APA-nın məlumatına görə, əvvəlki qaydaya görə, peyvəndi vurdurmaq üçün özəl “Leyla Medical Center” və “Caspian İnternational Hospital”a müraciət edən şəxslərin peyvəndlənmə prosesi müəssisənin daxili qaydalarına uyğun olaraq həyata keçirilirdi. Peyvəndlənmədən əvvəl müayinəyə ehtiyac yaranırdısa, həmin müayinələr ödənişli əsaslarla aparılırdı.

Qeyd edək ki, özəl klinikalarda peyvənd vurdurmaq üçün randevu.its.gov.az saytında qeydiyyatdan keçərkən bununla bağlı yerləşdirilmiş bildiriş də artıq saytdan çıxarılıb.

“Leyla Medical Center” və “Caspian İnternational Hospital”dan məlumatı təsdiqləyiblər.

Əlavə edək ki, hazırda "Pfizer” peyvəndinin stifadəsi Bakı Sağlamlıq Mərkəzində və Zərifə Əliyeva 5 ünvanında yerləşən Mərkəzi Klinik Xəstəxanasının ambulatoriyası, “Leyla Medical Center”, “Caspian İnternational Hospital” və M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında aparılır.

# 2235
avatar

Oxşar yazılar