Peyvənddən sonra yoluxanların COVID pasportu ləğv edilir? -  CAVAB
17 noyabr 2021 16:57 (UTC +04:00)

Peyvənddən sonra yoluxanların COVID pasportu ləğv edilir? - CAVAB

Lent.az-ın “Bir sual bir cavab” rubrikasında bu günün mövzusu peyvənd vurduran şəxslər koronavirusa yoluxarsa, peyvənd sertifikatlarının öz qüvvəsini itirib- itirməməsi ilə bağlıdır. 

Səhiyyə Nazirliyi Lent.az-ın bu sualını cavablandırıb: 

“Peyvənd olunduqdan sonra koronavirusa yoluxmuş vətəndaşların COVID-19 “Peyvənd sertifikatı”, “İmmunitet sertifikatı” ilə əvəz olunur. Xəstəliyə yoluxan vətəndaşlar 6 ay keçdikdən sonra yenidən peyvənd oluna bilərlər”.

Qeyd edək ki, Rusiya Səhiyyə Nazirliyinin bununla bağlı əmrində deyilir: "Peyvənd olunduqdan sonra COVID-19 ilə xəstələnsəniz, peyvənd sertifikatının etibarlılığı avtomatik olaraq ləğv edilir". 

# 3411
avatar

Aytəkin Cəlali

Oxşar yazılar