Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev
22 mart 2021 11:07 (UTC +04:00)

Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev

"Peyvənddən sonra virusa yoluxarsansa..." - Professordan vacib TÖVSİYƏ

“Vaksinləşmədən sonra şəxs virusa yoluxsa belə, xəstəliyi yüngül şəkildə keçirə bilər”.

Lent.az xəbər verir ki, bunu Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.

O, vaksin olunduqdan sonra da tibbi maskadan istifadə etməyin vacib olduğunu xatırladıb:

“Kimsə düşünməsin ki, COVİD-19 virusuna qarşı peyvənd olundumsa, artıq mənə heç nə olmayacaq. Qətiyyən belə düşünmək lazım deyil. İndi ortada belə bir həqiqət var ki, vaksin vurduran şəxslərin xəstəxanaya düşmə ehtimalı yox dərəcəsindədir. Türkiyədə də bununla bağlı aparılan apaşdırmalar nəticəsində vaksin vurduran şəxslərin xəstəxanaya düşmə ehtimalının olmadığı məlum olub. Vaksin vurdurmaq o demək deyil ki, siz yoluxmayacaqsınız. Lakin vaksindən sonra virusa yoluxarsansa, onu çox zəif şəkildə keçirə bilərsən”./trend

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4965
avatar

Oxşar yazılar