Peyvənd vurulanlar nəzarətdə saxlanılacaqmı? - RƏSMİ CAVAB
22 yanvar 2021 11:22 (UTC +04:00)

Peyvənd vurulanlar nəzarətdə saxlanılacaqmı? - RƏSMİ CAVAB

Məlum olduğu kimi, artıq Azərbaycanda koronavirusa qarşı peyvəndləmənin birinci mərhələsi başlayıb.

Maraqlıdır, peyvənd vurulan şəxslər necə nəzarətdə saxlanacaq? Onlarla bağlı məlumatlar ictimaiyyətə açıqlanacaqmı?

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurum yalnız bölgələrdə peyvəndləmə aparır:

"Ölkəmizdə keçirilən peyvəndləmə prosesində elektron formada hər kəs mütləq qeydiyyata alınacaq. Bu barədə ictimaiyyətə vaxtaşırı açıqlama veriləcək".

Xatırladaq ki, peyvəndləmənin 2-ci mərhələsinə fevralın 1-dən başlanacaq. Tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar), 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi, yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan - milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər iştirak edə biləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1938
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar